Məzuniyyət gecəsinin qəhrəmanı Tarçın oldu
BAYRAQDAR MEDİA – Eskişehir Osmangazi Universitetində 4500 tələbə məzuniyyət sevincini yaşayıb. Tədbirin diqqət mərkəzində isə “Tarçın” adlı sevimli at olub.
Bu barədə eskisehir.net saytının məlumatında qeyd olunub.
Bildirilib ki, “Universitetin Məhmudiyyə Atçılıq və Atla Terapiya Mərkəzindən gətirilən 13 yaşlı bu at başında məzun papağı ilə diqqət mərkəzinə çevrilib. Məzunlar Tarçınla bol-bol fotoşəkil çəkdirib”.
Məlumata görə, Dr. Sibel Danışan “Tarçın universitetin atla terapiya mərkəzindəki tətbiqi atlardandır. Çox sevimlidir. Hər il tələbələrlə birlikdə məzun olur, artıq məzuniyyət mərasimlərinin maskotu olub” deyib.
İlk şərhi yaza bilərsiniz