BAYRAQDAR MEDİA – Yaponiyanın Osaka Universitetinin alimləri çeynəmə vərdişlərinin uşaqlarda piylənməyə təsirini incələmək üçün araşdırma aparıblar.
BAYRAQDAR MEDİA xəbər verir ki, bu haqda “TRT Haber” məlumat paylaşıb.
9-10 yaş arası təxminən 1 min 400 uşağın yemək vərdişlərinin incələndiyi araşdırmada yeməyini kifayət qədər çeynəməyən uşaqların piylənməyə daha çox meylli olduğu müəyyən edilib.
Müəyyən edilib ki, yeməyi az çeynəyən, eləcə də tez və ağzı doluykən yeyən uşaqlar da bu xəstəliyə meyilli olurlar.
Yeməyi az çeynəyən uşaqlarda piylənmə riski bir yarım dəfə, tez yeyən uşaqlarda isə piylənmə riski təxminən iki dəfə çoxdur.
Bu vəziyyətin daha çox oğlanlarda müşahidə edildiyi üzə çıxsa da, araşdırma nəticəsində “piy” sinfində 167 uşaq dəyərləndirilib.
Qeyd edək ki, araşdırma “Science Direct” saytında dərc olunub.
İlk şərhi yaza bilərsiniz