BAYRAQDAR MEDİA – 26-27 may tarixlərində Bakı şəhərində Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun (MAFİ) təşkilatçılığı ilə “Ortaq Türk Kültürü: Oğuz türkmanların dünəni, bu günü və gələcəyi” mövzusunda beynəlxalq elmi simpozium keçirilir.
Simpoziumda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. Faiq Ələkbərli “Türk-Oğuz dünyasında Azərbaycan Əfşar-Türk dövlətinin yeri və rolu” mövzusunda məruzə ilə çıxış edib. F.Ələkbərli bildirib ki, əfşarlar, o cümlədən Azərbaycan Əfşar-Türk dövləti Türk xalqlarının həyatında mühüm rol oynayıb. O əlavə edib ki, tarixdə bir çox dövlətlər yaradan əfşarların sonuncu ən böyük dövlətini Nadir şah Əfşar yaradıb, qısa ömür sürməsinə baxmayaraq Türk tarixində, mədəniyyətində öz sözünü deyib.
İlk şərhi yaza bilərsiniz