Prof. Dr. Haşim Şahin: Bu dəfə Əhməd Yasəvinin yolu və mirasından bəhs ediləcək
BAYRAQDAR MEDİA – “Bakı mənim çox sevdiyim bir şəhərdir. Mən ixtisasça tarixçiyəm və bu bölgənin tarixini araşdırmışam. Buranın tarixinə dərindən bələdəm. Bu araşdırmalar zamanı Azərbaycanın, Bakının XII əsrin məşhur mütəfəkkir-şairi, ortaq türk ədəbiyyatında ilk mütəfəkkirlərdən, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarından Əhməd Yasəvi ilə bağlılığına dair də maraqlı məqamlara rast gəlmişəm. Eyni zamanda araşdırmalar zamanı bilmişəm ki, mənşəcə Azərbaycan türklərindən olan, Azərbaycanın tanınmış filosof alim və şairlərindən biri, xəlvətilik təriqətinin ikinci qurucusu Seyid Yəhya Bakuvi, yaxud Seyid Yəhya Şirvaninin məqbərəsi Bakıda, Şirvanşahlar sarayında yerləşir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Türkiyənin Anadolu Universitetində müəllimi, həmçinin Atatürk Dil, Tarix və Mədəniyyət Yüksək Qurumu – Atatürk Mədəniyyət Mərkəzinin Elmi Şurasının əsas üzvü Prof. Dr. Haşim Şahin deyib.

Qeyd edək ki, Prof. Dr. Haşim Şahin haqqında ətraflı məlumatı və onun geniş müsahibəsini növbəti saylarımızda oxuculara təqdim edəcəyik. Hələlik isə onu bildirək ki, Prof. Dr. Haşim Şahinin Azərbaycana bu dəfəki səfərində məqsəd “Türk Dünyasi ve Pir-i Türkistan Yesevi, yolu ve mirasi” layihəsi çətçivəsində mayın 26-da Bakıda keçiriləcək elmi simpoziumda iştirak etməkdir.
Bu barədə danışan müsahibimiz dedi ki, Əhməd Yasəvi həm də türk dünyasının mənəvi birliyinə xidmət edən bir mütəfəkkir olub: “Biz də onun yolu və mirası barədə tarixi faktları türk dünyasına çatdırmaq üçün bir layihə reallaşdırırıq. Bakıda keçiriləcək simpozium layihə çərçivəsində ikinci tədbirdir. Yəni Bakıda bu dəfə Əhməd Yasəvinin yolu və mirasından bəhs ediləcək. Bundan sonra digər tür dövlətlərində, həmçinin Türkiyədə Konya və Karamanda, daha sonra isə Balkanlarda və nəhayət Rusiyada, Kazanda oxşar simpoziumlar keçirəcəyik”.
Prof. Dr. Haşim Şahin dedi ki, bu layihə Türkiyə dövləti tərəfindən yüksək səviyyədə dəstəklənir: “TİKA, YTB, Ankara Hacı Bayram Veli Univeristeti, Türkiyə Kültür və Turizm Bakanlığının Alevi-Bektaşi Kültür və Cemevi Başkanlığı bizim bu layihəni dəstəkləyir. Azərbaycanda isə tədbirin keçirilməsinə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Azərbaycan Dövlət Pedoqoji Universiteti ADPU), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) dəstək verir. Tədbir mayın 26-da Azərbaycan Dövlət Pedoqoji Universitetində keçiriləcək”.
Qeyd edək ki, ADPU-nin rektoru Prof. Dr. Cəfər Cəfərovun, ATMU-nun prorektoru Prof. Dr. Araz Aslanlının, Ankara Hacı Bayram Vəli Universitetinin prorektoru Prof. Dr. Mətin Orbayın və Təşkilat Komitəsi adından Prof. Dr. Sadullah Gültenin açılış çıxışlaırndan sonra Türkiyənin Milli Müdafiə Univeristetinin müəllimi Prof. Dr. İbrahim Etem Atnur “Türkiyə-Azərbaycan münasibətlərinin dünəni, bu günü və sabahı” və Ankara Universitetinin müəllimi Prof. Dr. Abdullah Gündoğdu “Şah İsmayıl və Türk Dünyası” mövzularında məruzə edəcəklər.
Daha sonra simpozium 2 panel iclası ilə işini davam etdirəcək. Panellərdə Türkiyənin və çeşidli univeristetlərinin professorları çıxş edəcəklər.
İlk şərhi yaza bilərsiniz