Press "Enter" to skip to content

Erkən nikahın qarşısının alınması ilə bağlı tədbir

Erkən nikahın qarşısının alınması ilə bağlı tədbir

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Şirvan-Salyan regional filialı tərəfindən “Erkən nikah hallarının qarşısının alınması sahəsində tədbirlərin gücləndirilməsi və maarifləndirmə işinin təşkili” mövzusunda tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Şirvan şəhərində keçirilən görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər Polis Şöbəsinin, Şirvan Salyan Regional Təhsil İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müxtəlif QHT-lərin nümayəndələri iştirak ediblər”.

Sonra xəbərdə, “tədbirin məqsədi erkən nikahların yaratdığı mənfi təsirləri önə çıxararaq cəmiyyətin bütün təbəqələrində bu məsələyə dair məlumatlılığı artırmaq, aidiyyəti qurumlar arasında vahid və düzgün yanaşma formalaşdırmaq, eləcə də maarifləndirmə tədbirlərinin bu problemin qarşısının alınmasında nə qədər vacib olduğunu vurğulamaqdır” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.