Bu dəfə “Zəlzələyə davamlı şəhər siyasəti: problemlər və həll təklifləri”ndən bəhs edilib
BAYRAQDAR MEDİA – Öz səmərəli fəaliyyəti ilə fərqlənən Eskişehir Azərbaycanlılar Dərnəyi 2024-2025-ci mövsümün son “Çərşənbə söhbəti”ni də uğurla reallaşdırıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dərnəkdən məlumat verilib.

Məlumata görə, bu dəfəki qonaq Anadolu Universiteti, Siyasət Bilimi və Kamu Yönətimi bölümünün müəllimi, Dos.Dr. Emrah Ayhan olub: “Dinləyicilər qarşısında “Zəlzələyə davamlı şəhər siyasəti: problemlər və həll təklifləri”mövzusunda məruzə edən Dos.Dr. Emrah Ayhan bir sıra maraqlı məqamlara toxunub. Qonaq məruzəsində şəhər və kənd yerlərində insanların üzləşdiyi böhranlardan- təbii fəlakətlər (zəlzələ və sel), epidemiyalar, enerji böhranı, iqlim dəyişikliyi, insan qaynaqlı fəlakətlər (nüvə sızıntılar, müharibə və ekoloji böhran) və s. bəhs edib. Məruzəçi bu böhranlara qarşı davamlı şəhərlər yaratmaq üçün effektiv siyasətə ehtiyac olduğu deyib”.

Məlumata görə, Dos. Dr. Emrah Ayhan, hər zaman zəlzələyə hazırlıqlı olmağı, zəlzələ zamanı ehtiyac olacaq təcili yardım çantasını daima hazır bir şəkildə saxlamağı tövsiyə edib: “Sonda iştirakçıların sualları cavablandırılıb və Doç. Dr. Emrah Ayhana plaket təqdim olunub”.
İlk şərhi yaza bilərsiniz