Press "Enter" to skip to content

Yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb

BAYRAQDAR MEDİA – Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Sabit Orucov, Natiq Əliyev və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində “Avant Group” MTK-ya məxsus ərazidə, Sumqayıt şəhəri Sumqayıt–Novxanı yolunun kənarında “Amore” ictimai-iaşə obyektinin ərazisində, Abşeron rayonu, Ekoloji nəzarət postunun yaxınlığında “Qar-Daş Company” MMC-yə məxsus ərazidə və Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş“ yaşayış kompleksinə yaxın ərazidə ağacların kəsilməsi ilə bağlı təbiətə 117 min 300 manat məbləğində ziyan dəydiyi müəyyən edilib”.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.