BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə Tədbirlər Planına uyğun olaraq Agentliyin əməkdaşları cəzaçəkmə müəssisələrində növbəti görüşlər keçiriblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “8,9,10,11,12,13 və 17 saylı cəzaçəkmə müəssisələrində cəza müddətinin sonuna az qalmış məhkumlarla keçirilən görüşlərdə iştirakçılara Agentliyin fəaliyyət istiqamətləri və sosial adaptasiya prosesi barədə məlumatlar verilib. “İnsan hüquqlarının müdafiəsi” mövzusunda təqdimat edilib və məhkumları maraqlandıran suallar cavablandırılıb. Bildirilib ki, Agentliyin mütəxəssisləri məhkumluqdan azad olunan şəxslərin ailələrinə səfərlər edir, onların qiymətləndirməsini aparır və nəticəyə uyğun olaraq sosial-psixoloji, həmçinin sosial reabilitasiya yönümlü digər müvafiq xidmətlərlə təmin olunmalarında dəstək göstərirlər”.
Görüşlərdə cəzaçəkmə müddətinin bitməsinə üç ay müddət qalmış 78 məhkumla əlaqəli məlumatlar toplanılıb və qiymətləndirmə həyata keçirilib.
Həmin şəxslər azadlığa çıxdıqdan sonra sosial-psixoloji yardım xidmətinə cəlb ediləcəklər.
İlk şərhi yaza bilərsiniz