BAYRAQDAR MEDİA – Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Erzincana səfər edib. Səfər zamanı nazir “Fəxri Vətəndaşlıq” vəsiqəsi ilə təltif olunub.
Bu barədə nehaber24.com məlumat verib.
Məlumata görə, vəsiqə Erzincan valisi Hamza Aydoğdu, millət vəkili Süleyman Karaman və bələdiyyə başçısı Bekir Aksun tərəfindən təqdim olunub.
Nazir duyğulu çıxışında bildirib: “Erzincan məni bağrına basdı, təşəkkür edirəm. İliçdə baş verən mədən qəzası bizə dərindən təsir etdi. Ailələrimizlə birlikdə olduq, səylə çalışdıq. İndi burada həmin birlik ruhu ilə bərabərik”.
Nazir, ölkənin güclü iqtisadiyyata sahib olması üçün yeraltı sərvətlərin təhlükəsiz və səmərəli şəkildə istifadəsinin vacibliyini vurğulayıb.
İlk şərhi yaza bilərsiniz