Press "Enter" to skip to content

 Antalyada “caretta” yuvası sürprizi

Yumurtalarn olduğu çalalar

BAYRAQDAR MEDİA – Antalyanın Konyaaltı sahilində bir obyektin işçiləri qumdakı çalaları yoxladıqda içərisində dəniz tısbağası olan caretta caretta-ya məxsus yumurtalar olduğunu görüblər.

Bu barədə gunhaber.com.tr saytı məlumat yayıb.

Bildirilib ki, “Dünya Təbiəti Qoruma Birliyinin (IUCN) nəsli kəsilməkdə olan növlər siyahısında olan caretta caretta dəniz tısbağaları yumurtlama dövründə xüsusilə Antalyanın sahil bölgələrinə üstünlük verirlər. Bir caretta əvvəlki gecə Konyaaltı sahilinə gəlib, burada qumlu ərazidə qazdığı yuvaya yumurtalarını qoyub. Sahildə çalışan Fatih Ardil səhər işə gələndə qumlu ərazidə dörd çala aşkar edib”. Məlumata görə, yumurtaları gördükdən sonra təhlükəsizlik kameralarına baxan işçilər bu çalaların bir dəniz tısbağası tərəfindən qazıldığını başa düşüblər: “Nəsli kəsilmək təhlükəsində olan bu növün yumurtalarını qorumaq üçün işçilər ətrafını lent və taxtalarla çevrələyiblər. Akdeniz Universiteti Su Məhsulları Fakültəsinin professoru Dr. Mehmet Gökoğlu bildirib ki, bu, Konyaaltı sahilində çox nadir rast gəlinən bir hadisədir. Adətən daşlı olduğu üçün bu bölgəyə gəlmirlər. Sahildə olan vətəndaşlar yuvalara yaxınlaşmamalıdır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.