Peru Konqresi Azərbaycanın müstəqilliyinin 107-ci ildönümü münasibətilə bəyanat qəbul edib
BAYRAQDAR MEDİA – Peru Konqresi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü münasibətilə dünya azərbaycanlarına təbriklə bağlı bəyanat qəbul edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, “Bəyanatda, Azərbaycan Xalq Cümhuriyyətinin bütün vətəndaşlarına bərabər hüquqlarla təmin edən respublika, Şərqin ilk demokratiyası olduğu qeyd edilir. Azərbaycanda bütün dinlərin və etnik qrupların sülh və əmin-amanlıq şəraitində yaşadıqları vurğulanır. Ölkəmizin uzun illər davam edən xarici işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi, hazırda isə Cənubi Qafqaz regionunda davamlı və dönməz sülhün əldə olunması, eləcə də sabitlik və təhlükəsizliyin bərpası istiqamətində addımları təqdir edilir”.
Məlumata görə, sənəddə qeyd edilir ki, bütün dünya azərbaycanlıları 28 may tarixini Azərbaycanın milli bayramı kimi qeyd edir və öz əcdadlarının bütün Qafqaz regionunda, Orta Asiya və Yaxın Şərqdə demokratiyanın yayılmasında oynadıqları rolu daim xatırlayırlar: “Ölkəmizin Peru üçün mühüm tərəfdaş olduğu qeyd edilir”.
İlk şərhi yaza bilərsiniz