Press "Enter" to skip to content

Bələdiyyə sədrindən sərt reaksiya

Lahmacun

Bodrumda 2500 TL-lik lahmacun etiraza səbəb olub

BAYRAQDAR MEDİA – Yay mövsümünün başlamasına az qalmış Bodrumda 2500 TL-lik lahmacun qiyməti iddiaları gündəm olub. Bodrum Bələdiyyə başçısı Tamer Mandalinci bu xəbərlərin turizmə ziyan verdiyini bildirib.

Məlumatı takagazete.com.tr saytı yayıb.

Məlumata görə, T.Mandalinci “Hələ pide fırınlarına odun belə qoyulmayıb, amma lahmacun qiyməti müzakirə olunur. Bodrum sadəcə lüks restoranlardan ibarət deyil. Hər büdcəyə uyğun seçimlər mövcuddur” deyib.

Məlumata əsasən, bələdiyyə sədri onu da əlavə edib ki, bəzi məkanlarda təqdim olunan yüksək qiymətlər yalnız qida deyil, mühit, mənzərə və xidmətə görə hesablanır.

Mission News Theme by Compete Themes.