Press "Enter" to skip to content

FHN-dən şəhid övladları üçün “açıq qapı günü” tədbirləri

FHN-dən şəhid övladları üçün “açıq qapı günü” tədbirləri

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə “açıq qapı günü” tədbirləri keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “FHN-in İctimaiyyətlə əlaqə idarəsi və regional mərkəzlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə şəhid ailələrinin üzvləri, FHN-in, yerli icra hakimiyyəti və müvafiq qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirlərin açılışında əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib”.

Daha sonra xəbərdə, “”açıq qapı günü”ndə uşaqlara Nazirliyin regional mərkəzlərinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, uşaqların sualları cavablandırılıb. Uşaqların iştirakı ilə təşkil olunan təlim isə onlarda böyük marağa səbəb olub” deyə bildirilir.

Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, FHN uşaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.