BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətində növbədənkənar seçki gündəmə gələ bilər. Bunu Yenidən Doğuş Partiyasının (YDP) sədri, İctimai işlər və nəqliyyat naziri Erhan Arıklı deyib.
Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.
Məlumata görə, E.Arıklı prezident seçkilərindən dərhal sonra növbədənkənar seçkinin gündəmə gələ biləcəyini vurğulayıb.
BRT kanalında iştirak etdiyi proqramda açıqlamalar verən Erhan Arıklı, erkən seçki ehtimalları ilə bağlı bunları deyib: “Keçən ilin ortalarında növbədənkənar seçki tələbi ilə çıxış etmişdik. Amma şərtlər uyğun olmadı, prezident seçkiləri yaxınlaşdıqca tələb etdiyimiz dövrdə bunu etmədik”.
E.Arıklı qeyd edib ki, oktyabr ayında keçiriləcək prezident seçkilərindən sonra, 2026-cı ilin yanvar və ya fevral ayında növbədənkənar parlament seçkiləri müzakirəyə çıxarıla bilər.
Mövcud hökumətin 3 ilini tamamladığını xatırladan Arıklı deyib: “KKTC tarixində ən uzunömürlü hökumət bizik. 3 ili tamamlayan başqa bir hökumət yoxdur.”
İlk şərhi yaza bilərsiniz