Press "Enter" to skip to content

Qarabağ Univeristetində maraqlı görüş

Görüşdən xatirə fotosu

BAYRAQDAR MEDİA – “Qarabağ Universitetinin təsis edilməsi dövlətimizin işğaldan azad olunmuş ərazilərdə təhsilə dəstəyinin ifadəsidir”.

Bunu Dövlət Vegi Xidmətiin rəisi Orxan Nəzərli deyib.

Xatırladaq ki, Orxan Nəzərli Qarabağ Universitetində yaradılmış müasir tədris infrastrukturu ilə tanış olub, müəllim və tələbə heyəti ilə görüşüb.

DVX-dən verilən məlumata görə, Orxan Nəzərli görüş zamanı yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasında Qarabağ Universitetinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu addımlar bölgədə təhsil ənənələrinin bərpasına, gənclərin təhsilə olan marağının artmasına və regionun inkişafına təkan verir.

Orxan Nəzərli görüş iştirakçılarına ölkəmizdə vergi inzibatçılığının inkişaf prioritetləri, vergi orqanlarının fəaliyyəti, “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyası”, tədrisə yanaşmalar və peşəkar səriştələrin artırılması istiqamətində tədbirlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, cəmiyyətdə vergi intizamının yüksəldilməsindəmaarifləndirmə işinin mühüm rolu var və bu baxımdan, Qarabağ Universiteti ilə əməkdaşlıq müstəsna əhəmiyyət kəsb edir.

Görüş iştirakçılarına, həmçinin, DVX-də təcrübə keçmək və işə qəbul imkanları barədə məlumat verilib. Vurğulanıb ki, bu imkanlar tələbələrin vergi sahəsində praktiki təcrübə qazanmasına, eləcə də gələcəkdə ixtisaslı kadr kimi formalaşmasına şərait yaradır. DVX bu istiqamətdə gənclərin inkişafına xüsusi önəm verir.

Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.