Press "Enter" to skip to content

Şagirdlər yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilib

Şagirdlər yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilib

BAYRAQDAR MEDİA – Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları uşaqlara təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə şəhər 3 saylı tam orta məktəbdə maarifləndirmə xarakterli görüş keçiriblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “görüşdə çıxış edən polis əməkdaşları yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində görülən işlər, qarşıda duran vəzifələrdən danışıb, bu sahədə uşaq və yeniyetmələr arasında məsuliyyət hissinin daha da gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Həmçinin görüşdə məktəblilərin yol hərəkəti təhlükəsizliyinin təbliğinə həsr etdikləri səhnəcikləri nümayiş olunub, onların sualları cavablandırılıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.