Press "Enter" to skip to content

SXA-dan tələbələr üçün növbəti karyera təlimi

SXA-dan tələbələr üçün növbəti karyera təlimi

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən karyera günü ilə bağlı daha bir görüş təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tərəflər arasında imzalanmış memoranduma əsasən Bakı Biznes Universitetində keçirilən tədbirdə tələbələrə Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri, xidmət kontingenti barədə məlumatlar verilib. Bildirilib ki, bu fəaliyyətin həyata keçirilməsində ixtisaslı kadrlara həmişə ehtiyac var və “Sosial iş”, “Psixologiya” ixtisasları da bu baxımdan çox əhəmiyyətlidir”.

Sonra xəbərdə, “görüş iştirakçılarına Agentlikdə təcrübə keçmək imkanları, karyerada diqqət etməli olduqları xüsusi məqamlar, bu istiqamətdə araşdırmanın vacib mərhələləri, eləcə də karyera planlamasının üstünlükləri barədə yerli və beynəlxalq mənbələrə əsaslanan təlim keçilib” deyə qeyd edilir.

Sonda tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.