Press "Enter" to skip to content

Yeni ictimai çimərlik

Çimərlik

BAYRAQDAR MEDİA – Rize şəhərinin mərkəzində inşası davam edən yeni ictimai çimərliyin birinci mərhələsi tamamlanmaq üzrədir. Alipaşa İctimai Çimərliyi iyunun sonunda istifadəyə veriləcək.

Bu barədə gazeterize.com saytı məlumat verib.

Məlumatda “Qadınlar Çimərliyindən başlayaraq Çiftekavak məhəlləsinə qədər uzanacaq bu sahil layihəsinin ilk mərhələsi başa çatmaq üzrədir. Sahildə təhlükəsizlik və dənizin dağıdıcı təsirindən qorunmaq üçün dalğaqıran qurğular inşa edilir” deyilir.

Məlumata görə, Rize Bələdiyyəsinin sədri Rahmi Metin deyib ki, ərazi daim dalğalara məruz qalır və dərinliyi bərabər deyil: “Qadınlar Çimərliyinin yanında yerləşən bu ərazini gözəl bir ictimai çimərlik halına gətirəcəyik. Bu il ilk mərhələdə, dərinliyi 2 metr olan sahədə adeta təbii bir hovuz yaradılır. Altı qumla örtülmüş, kənarları kumsallı bu sahədə şezlonqlar, duş məkanları və digər gigiyenik imkanlar olacaq. Bu hissə iyunun sonunda istifadəyə veriləcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.