Press "Enter" to skip to content

3 nömrəli məktəbdə Müstəqillik Günü tədbiri

3 nömrəli məktəbdə Müstəqillik Günü tədbiri

BAYRAQDAR MEDİA – Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin — Şərqdə ilk demokratik respublikanın yaranmasının 107-ci ildönümü Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında möhtəşəm və unudulmaz bayramla keçirildi.

Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən məktəbdən daxil olub.

Xəbərə əsasən, “Qarabağ müharibəsi veteranı, Ədliyyə general-mayoru, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşı Leyla Quliyeva tədbirdə iştirak ediblər”.

Xəbərə görə, “şagirdlərin müşaiyəti ilə qonaqlar dəhliz boyu məktəblilərin 28 May Müstəqillik gününə həsr etdikləri əl işləri ilə hazırlanmış sərgilə tanış oldular. Sonra akt zalına daxil olub, şagirdlərin təqdimatını izlədilər. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı. Daha sonra dövləti dövlət edən tarixi şəxsiyyətlərin, Ulu Öndər Heydər Əliyev və qanı ilə torpağı Vətən edən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi”.

Məlumata görə, “tədbirin rəsmi hissəsində Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru Almaz Həsrət qonaqları, şagird və müəllim heyətini salamlayaraq, çıxış üçün sözü fəxri qonaqlara ötürdü. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və Qarabağ müharibəsi veteranı, Ədliyyə general-mayoru, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev mükəmməl çıxışları ilə silinməz tarixi biliklərin artmasına səbəbkar oldular. Sonra şagirdlərin təqdimatı ilə tədbirin bədii hissəsinə keçid oldu”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.