Press "Enter" to skip to content

Aygün Əliyeva BMT-nin tədbirində çıxış edib

Aygün Əliyeva çıxış edərkən

BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ali Səviyyəli Komitəsinin sessiyasında Qlobal Cənub QHT Platformasından bəhs olunub

BAYRAQDAR MEDİA – Nyu-Yorkda, BMT-nin Baş Qərargahında BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ali Səviyyəli Komitəsinin 22-ci sessiyası keçirilir. Sessiyaya Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi dəvət olunub.

Bu barədə Agentliyin məlumatında qeyd olunub.

Məlumata görə, Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Departament rəhbəri Elnur Bağırlı və qurumun layihələr üzrə meneceri Türkan Ələsgərova bu məqsədlə Nyu-York şəhərində səfərdədir.

Nümayəndə heyəti Nyu-Yorkda
Nümayəndə heyəti Nyu-Yorkda

Bildirilib ki, “mayın 27-də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva BMT-nin Baş Qərargahında BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ali Səviyyəli Komitəsinin 22-ci sessiyasında çıxış edib. “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin Sürətləndirilməsi: Dəyişikliklərə Təsir edən Cənub-Cənub Əməkdaşlığı” mövzusuna həsr edilən sessiyadakı çıxışında Aygün Əliyeva bildirib ki, Azərbaycanın vətəndaş cəmiyyəti təsisatları Qlobal Cənub ölkələrinin QHT-ləri ilə əməkdaşlığı dərinləşdirməkdədir.

A.Əliyeva qeyd edib ki, bu yaxınlarda 116 ölkədən nüfuzlu QHT-lərin iştirakı və güclü dəstəyi ilə Bakıda Qlobal Cənub QHT Platforması təsis olunub. O, BMT-nin bir sıra məsul şəxslərinin də təsis konfransında iştirak etdiyini vurğulayıb. Həmçinin məlumat verilib ki, 2026-cı ildə Qlobal Cənub QHT Platformasının Baş Assambleyası da Bakıda keçiriləcək”.

Məlumatda deyilir ki, A.Əliyeva BMT strukturlarında Qlobal Cənubdan olan QHT-lərin Qlobal Şimalla müqayisədə məhdud təmsilçiliyinə də diqqət çəkib.

Onu da vurğulayaq ki, Azərbaycan nümayəndə heyətinin BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (ECOSOC-un) QHT şöbəsində də görüşləri planlaşdırılır.

Məlumat üçün qeyd edək ki, 2025-ci il aprelin 28-29-da Bakıda 116 ölkədən QHT-lərin iştirakı ilə Qlobal Cənub QHT Platforması təsis olunub. Platformanın təsis konfransında Azərbaycan Milli QHT Forumunun əsas tərəfdaşı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.