Press "Enter" to skip to content

Azərbaycan “OPEC plus”un 39-cu iclasında 

İclas zamanı

BAYRAQDAR MEDİA – Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 39-cu iclasında gündəlik neft hasilatının 2026-cı ilin sonuna qədər sabit qalması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Azərbaycanın gündəlik 551 min barrel həcmində olan mövcud xam neft hasilatı kvotası bu dövrdə sabit saxlanılacaq. İclasda, həmçinin OPEC katibliyinə 2027-ci il üçün “OPEC plus” ölkələri üzrə xam neft hasilatının baza səviyyəsinin müəyyənləşdirilməsi tapşırılıb”.

Məlumata görə, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 40-cı iclasının cari ilin 30 noyabr tarixində keçirilməsi razılaşdırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.