BAYRAQDAR MEDİA – Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclasında nəzərdə tutulan tapşırıqların icrası və elm, ali təhsil sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə 28–29 may tarixlərində Əndican şəhərində “Azərbaycan–Özbəkistan: Ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda Birinci Rektorlar Forumu keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “tədbir Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində təşkil olunub. Forumda hər iki ölkənin ali təhsil müəssisələrinin rəhbərləri iştirak edib. Forumun açılışında çıxış edən Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Şaxrux Daliyev və İ.İsayev iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb, forumun universitetlərarası tərəfdaşlıqların genişlənməsinə və birgə layihələrin təşviqinə töhfə verəcəyini bildiriblər”.
Sessiyalar zamanı ikili diplom proqramlarının yaradılması, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar və beynəlxalq reytinqlərdə irəliləyiş kimi mövzular müzakirə olunub.
Forum çərçivəsində Azərbaycan universitetləri (ADNSU, ADİU, ADU, ADPU, ADMİU, AzTU, AzMİU, ATU, BDU, BMU, BSU, LDU, MDU, NDU, QU, SDU, BANM) ilə Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədləri imzalanıb, yeni layihələrin əsasını qoyan razılaşmalar əldə olunub.
İlk şərhi yaza bilərsiniz