BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində “Açıq qapı” günü keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “tədbirin məqsədi mərkəzdə göstərilən xidmətlər haqqında ictimaiyyəti məlumatlandırmaq, vətəndaşlarla birbaşa əlaqə yaratmaq və şəffaflığın artırılmasına dəstək vermək olub. Tədbirdə vətəndaşlar, o cümlədən KİV və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. “Açıq qapı” günü çərçivəsində ziyarətçilərə mərkəzdə reallaşdırılan reabilitasiya prosesləri, təlim proqramları, peşə yönümlü məşğələlər və sosial adaptasiya tədbirləri haqqında ətraflı məlumat verilib”.
İştirakçılar mərkəzdə müalicə və təlim alan şəxslərin gündəlik fəaliyyətlərini yaxından izləmək imkanı əldə ediblər. Əlilliyi olan şəxslərin müstəqil həyat bacarıqlarının artırılması və əmək bazarına inteqrasiyasını təmin edən layihələr və dəstək mexanizmləri barədə geniş məlumat verilib.
İlk şərhi yaza bilərsiniz