KKTC Cumhurbaşqanı Uluslararası İlişkiler ve Diplomasi Özel Danışmanı Prof. Dr. Hüseyn Işıksal Bakıda keçirilən beynəlxalq konfransda çıxış edib
BAYRAQDAR MEDİA – KKTC Cumhurbaşqanı Uluslararası İlişkiler ve Diplomasi Özel Danışmanı Prof. Dr. Hüseyin Işıksal Bakı şəhərində keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransda adlı konfransa çıxışçı qismində qatılıb.
Bu barədə KKTC Cümhurbaşqanlığından məlumat verilib.
Bildirilib ki, “50-dən çox ölkədən natiqin iştirak etdiyi konfransda çıxışına Azərbaycanın milli gününü təbrik edərək başlayan Prof. Dr. Işıksal, Türkiyə, Azərbaycan və KKTC-nin “bir millət, üç dövlət” olduğunu, aralarındakı sarsılmaz əlaqələrin dərin qardaşlıq telləri ilə örüldüyünü və bu münasibətlərin talelərinin də birləşdiyini vurğulayıb. Prof. Dr. Işıksal, can və qardaş Azərbaycanının milli gününün, eyni zamanda Kıbrıs türklərinin də milli günü olduğunu qeyd edib”.
Məlumata görə, çıxıçında 1960-cı ildə qurulan Kipr Respublikasından Kıbrıs türklərinin silah gücü ilə uzaqlaşdırıldığını xatırladan Prof. Dr. Hüseyn Işıksal, Kıbrs türklərinin yunanların hökmranlığını və azlıq statusunu qəbul etmədikləri üçün bu günə qədər davam edən insanlıqdan kənar və hüquqa zidd embarqolara məruz qaldıqlarını vurğulayıb: “Azad hərəkət, birbaşa ticarət, beynəlxalq idman və mədəni tədbirlərdə iştirak kimi ən əsas insan hüquqlarının siyasətə alət edilməməli olduğunu bildirən Işıksal, Cümhurbaşqanı Ersin Tatarın vəzifəyə başladığı gündən bəri Kıbrıs türk xalqına qarşı həyata keçirilən bu haqsızlıqlara qarşı ortaya qoyduğu, bərabər beynəlxalq status və suveren bərabərlik prinsiplərinə əsaslanan yeni siyasəti ətraflı şəkildə izah edib. Prof. Dr. Hüseyin Işıksal KKTC barədə də məlumat verərək qeyd edib ki, KKTC bir dövlətin malik olması lazım olan bütün xüsusiyyətlərə artıqlaması ilə sahib olan, dünyanın 20 ölkəsində nümayəndəliyi olan, tam qurumlaşmış demokratik bir dövlətdir. O, müasir hava limanı, təhsil müəssisələri və turizm obyektləri ilə dünya ilə hər sahədə inteqrasiyaya hazır olduğunu xüsusi vurğulayıb”.
Çıxışının son hissəsində Prof. Dr. Işıksal KKTC-nin müsəlman ölkələrdən tətbiq olunan embarqoların aradan qaldırılması istiqamətində dəstək gözlədiyini bildirib. O vurğulayıb ki, müsəlman ölkələr fərdi maraqlarını bir kənara qoyub ortaq maraqlar naminə birgə mübarizə aparmadıqca, islamofobiya ilə mübarizədə uğur əldə etmək mümkün olmayacaq.
Kıbrs türklərinin adada apardığı mübarizənin yalnız onların öz davası olmadığını bildirən Işıksal, bu müqəddəs və şərəfli mübarizənin eyni zamanda adada Türk və müsəlman kimliyini görməzdən gələnlərə qarşı aparıldığını qeyd edib və KKTC-nin İslam Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul olunması çağırışı ilə çıxış edib.
İlk şərhi yaza bilərsiniz