BAYRAQDAR MEDİA – “Qızıl çiyələk” (Physalis peruviana), C vitamini və antioksidantlarla zəngin, immun sistemini gücləndirən faydalı meyvədir. “Yer albalısı” olaraq da tanınır.
Bu barədə takagazete.com.tr saytı məlumat yayıb.
Məlumata görə, parlaq narıncı rəngli, kağızabənzər qabıqla əhatə olunmuş bu tropik meyvə Güney Amerika mənşəlidir: “Lakin artıq Türkiyədə də becərilir. “Qızıl çiyələk” həzm sistemindən dəri sağlamlığına qədər bir çox sahədə faydalıdır. Təzə və qurudulmuş formada istehlak oluna bilər və sağlam qidalanmanın ayrılmaz hissəsidir”.
İlk şərhi yaza bilərsiniz