Press "Enter" to skip to content

Sinan Oğandan rektor Ekrem Gürelə “xeyirli olsun” ziyarəti

Sinana Oğan (solda) və Ekrem Güreli

BAYRAQDAR MEDİA – Türkiyə Böyük Millət Məclisinin 24-cü çağırış millət vəkili Sinan Oğan, Iğdır Universitetinin rektoru professor doktor Ekrem Güreli kabinetində ziyarət edib.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, ziyarət çərçivəsində Iğdırın inkişaf prosesində universitetin rolu və töhfə verə biləcəyi sahələr müzakirə olunub: “Görüşdə həmçinin kənd təsərrüfatı, turizm, təhsil və texnologiya kimi sahələrdə potensialın daha səmərəli şəkildə dəyərləndirilməsi üçün əməkdaşlıq imkanları müzakirə edilib. Ziyarətdən məmnunluğunu ifadə edən rektor Gürel, Sinan Oğana bu zərif ziyarətinə görə təşəkkürünü bildirib”.
Məılumatda deyilir ki, Sinan Oğan isə Iğdırın inkişafı naminə bütün təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını bildirərək, rektora qonaqpərvərliyinə görə minnətdarlığını ifadə edib.
Ziyarət, xoş arzuların çatdırılması və xatirə şəkli çəkilməsi ilə başa çatıb.

 

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.