Press "Enter" to skip to content

Temperatur rekord səviyyədə artacaq

Qlobal istiləşmə

BAYRAQDAR MEDİA – Dünya Meteorologiya Təşkilatından (DMÖ) kritik iqlim xəbərdarlığı gəlib. Belə ki, 2025–2029-cu illər arasında temperaturun rekord səviyyədə artacağı gözlənilir.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata əsasən, qlobal orta temperaturun sənaye öncəsi dövrlə müqayisədə 1,9 dərəcəyədək yüksələcəyi bildirilir: “Ən azı bir ilin 1,5 dərəcə sərhədini aşması ehtimalı isə 86 faiz olaraq qiymətləndirilir. Mütəxəssislər bu 5 illik dövrdə iqlim dəyişikliyinə bağlı fəlakətlərin artacağı barədə xəbərdarlıq ediblər. Hesabatda qeyd olunan proqnozlara əsasən, bu illər ərzində hər bir ilin orta temperaturu 1850–1900-cü illəri əhatə edən sənaye öncəsi dövrün ortalamasından 1,2–1,9 dərəcə yüksək ola bilər”.

Bildirilib ki, “qlobal istiləşmənin yalnız təbii tarazlığı deyil, həm də cəmiyyətlərin sosial quruluşunu və iqtisadi sabitliyini birbaşa təsirləndirə biləcəyi vurğulanır. DMÖ-nün açıqlamasında bildirilir ki, temperatur artımı yalnız termometrlərlə məhdudlaşmayacaq. Hər əlavə istilik artışı daha şiddətli isti hava dalğalarına, aşırı yağıntılara, uzunmüddətli quraqlıqlara və buzlaqların sürətli əriməsinə səbəb ola bilər”.

 

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.