Bişkekdə keçirilən Dünya Xalqlarının Dastanları Festivalından qeydlər
Şəmil SADİQ – Hədəf Şirkətlər Qrupunun qurucu direktoru
BAYRAQDAR MEDİA – Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən “Dünya XalqlarınınDastanları” VIII Beynəlxalq Festival bu il xüsusi bir anlam daşıyırdı. Tədbir, böyük qırğız manasçısı SayakbayKaralayevin 130 illik yubileyinə həsr edilmişdi. Festival təkcə mədəniyyətlərarası bir qovuşma nöqtəsi deyil, həm də türk xalqlarının ortaq yaddaşını dirçəldən bir mədəni hadisə idi. Elmi konfransda mən də “Türk epik təfəkküründə Qurd simvolu” adlı çıxışımla iştirak edirəm. Həmçinin AzərbaycandanYazıçı, publisist Yunus Oğuz və tədqiqatçı alim, ozan Fəxrəddin Salim də iştirak edir.

Festivalın ilk günü zəngin və simvolik məqamlarla yadda qaldı. Tədbirdə 30-a yaxın ölkənin nümayəndəsi iştirak edir və Qırğızıstan öz qonaqpərvərliyi və təşkilatçılığı ilə doğrudan da yüksək səviyyə nümayiş etdirir. Mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi, dastan irsinin qloballaşan dünyada qorunması kimi dəyərlər bu tədbirin əsas məqsədləri sırasındadlr.
Açılış mərasimi qədim türklərin müqəddəs ayini olan “Tündük qaldırma”mərasimiilə baş tutdu. Tündük – yurtanın günbəzi – dörd əsas istiqamətdən gəlmiş nümayəndələrin iştirakı ilə birlik rəmzi olaraq ucaldıldı. Bu ayin, dünyanın müxtəlif guşələrindən gəlmiş qonaqlar üçün dərin mənəvi təəssürat yaratdı və ortaq türk yaddaşının simvolik qovşağına çevrildi.
Daha sonra mədəni müxtəliflik paradı, “Qırğızköçü” etnoqrafik kəndinin rəsmi açılışı, xalq sənətləri və dekorativ-tətbiqi incəsənət sərgisi ilə proqram davam etdi. Hər xalq öz əlişlərini, naxışlarını, bəzək və geyimlərini təqdim edərək, öz köklərinə necə bağlı olduqlarını nümayiş etdirdi.

Xüsusi qeyd olunası məqamlardan biri isə qədim qırğız adətinə əsaslanan “Tuşookəsmə” mərasimi idi. Bu ayin uşağın ilk addımlarınahəsr olunur və mərasim zamanı oğlan uşaqları, daha sonra qızlarvənəhayətqonaqlar arasında dostluq xarakterli qaçış yarışları keçirildi. Məndə bu yarışa qatıldım, hətta hədiyyə ilə təltif də olundum!
Tədbirin digər hissəsində iştirakçılar yurta şəraitində, ənənəvi qırğız üsulunda bardaş quraraq yemək yedilər. Bu sadə, lakin dərinmənəviyyatdaşıyanməqam, mədəniyyətiyaşamaq üçün ən yaxşı yollardan biri idi.

Axşam saatlarında Manas adına Qırğız Milli Teatrında “Taytoru” tamaşasına, ardınca isə“Alatau” (qırğızlar Tanrı dağlarlna “Alatau” deyir) kino evində “Ağacın nəğməsi” adlı müasir qırğız filminə baxış keçirildi. Film məzmun və texniki baxımdan olduqca yüksək səviyyəli idi və Qırğızıstanda kino sənətinin yüksəlişə doğru inkişaf etdiyini açıq şəkildə göstərirdi.
İlk şərhi yaza bilərsiniz