BAYRAQDAR MEDİA – Türkiyənin Kayseri şəhərində “Erciyes – 2025” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbirdə Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu, Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) komandanı general-mayor Kənan Seyidov, eləcə də Azərbaycanın Türkiyədəki hərbi attaşelik aparatının və digər iştirakçı dövlətlərin hərbi nümayəndələri iştirak ediblər”.
Ardınca xəbərdə, “əvvəlcə təlimin ümumi gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilmə ardıcıllığı barədə qonaqlara məlumat verilib. Təlim poliqonunda “Erciyes – 2025″ə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodlar praktiki icra olunub. Təlimdə Azərbaycanı təmsil edən ƏÜO-nun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər” deyə bildirilir.
Sonda qonaqlara Türkiyədə istehsal olunan silah-sursat, təchizat və müxtəlif PUA-lar təqdim edilib, onların taktiki-texniki xüsusiyyətləri və imkanları ilə bağlı ətraflı məlumat verilib.
İlk şərhi yaza bilərsiniz