BAYRAQDAR MEDİA – Nəsimi rayonunda yerləşən evlərin birindən ümumilikdə 25 min 000 manat pul, qızıl-zinət əşyaları və mobil telefon oğurlanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 41 yaşlı X.Bayramov saxlanılıb. Rayon ərazisində daha bir oğurluq faktı isə Moskva prospektində qeydə alınıb. Paytaxt sakininin içərisində 5 min 600 manat olan pul kisəsini talamaqda şübhəli bilinən Şamaxı rayon sakini 58 yaşlı qadın da müəyyən edilərək saxlanılıb”.
Faktlarla bağlı araşdırma aparılır.
İlk şərhi yaza bilərsiniz