BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Baş naziri Ünal Üstel son Ankara səfəri zamanı uğurlu danışıqlar edib.
Bu barədə Baş Nazirlikdən məlumat verilib.
Bildirilib ki, “Baş nazir Ünal Üstel Türkiyənin aparıcı hava yolları şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərin nəticə verdiyini deyib. Baş nazir Kıbrıs türk xalqının uzun müddətdir gözlədiyi iqtisadi hava nəqliyyatı məsələsində mühüm bir addım atıldığını açıqlayıb”.
Baş Nazirlikdən verilən məlumata görə, Ü.Üstel bayramdan sonra A Jet şirkətinə məxsus iki təyyarənin Türkiyə ilə Ercan arasında münasib qiymətlərlə uçuşlara başlayacağını bildirib: “Üstel bu təşəbbüsün Kıbrıs türk xalqının illərlə yaşadığı hava nəqliyyatı çətinliklərini aradan qaldırmaq üçün atılan qəti siyasi iradənin nəticəsi olduğunu vurğulayıb”.
İlk şərhi yaza bilərsiniz