Press "Enter" to skip to content

Eskişehirdə şeir bayramı

Tədbir zamanı

Eskişehir Azərbaycanlılar Dərnəyinin təşəbbüsü ilə liseylər arasında şeir yarışı keçirilib

BAYRAQDAR MEDİA – Azərbaycan Xalq Cumhuriyətinin 107-ci ildönümü münasibətilə Eskişehirdə liseylər arasında şeir yarışı keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişehir Azərbaycanlılar Dərnəyindən məlumat verilib.

Cavid Aydın qaliblərlə birlikdə
Cavid Aydın qaliblərlə birlikdə

Bildirilib ki, “yarışda 16 liseyin şagirdləri iştirak edib. Program, vətən uğruna şəhid olmuş qəhramanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Türkiyə İstiklal Marşı ilə Azərbaycan Dövlət Himninin oxunması ilə başlayıb”.

Məlumata görə, daha sonra “Azərbaycanı yaxından tanıyaq” adlı video göstərilib: “Eskişehir Azərbaycanlılar Dərnəyinin başqan yardımcısı Sirac Yaguboglu açılış çıxışı edib. Daha sonra yarış başlayıb”.
Məlumatda daha sonra deyilir: “Yarışda lisey şagirdləri Əhməd Cavadın “Susmaram”, Emin Abid Gültekinin “İstiklal”, “Rəsul Rzanın “Mən Torpağam”, Məmməd Arazın “Azərbaycan dünyam mənim”, Məmməd İsmayılın “Türkün sevgisi”, Böyük Rəsuloğlunin “Qoca Təbriz”, Elxan Yurdoğlunin “Xocalı”, Bəxtiyar Vahabzadənin “Vətən Marşı”, Xəlil Rza Ulutürkün “Silahlan”, Nüsrət Kəsəmənlinin “Biri vardı biri yox”, Məmməd Aslanın “Ağla Qərənfil”, Mikayıl Müşfiqin “Yenə o bağ olaydı”, Şəhriyarın “Azərbaycan”, Rüstəm Bəhrudinin “Qəribə adam”, Zəlimxan Yaqubun “Kişi” və Almas İldırımın “Qara Dastan” şeirlərinin səsləndirib. Daha sonra səhnədə Azərbaycan milli xalq rəqsi “Qaval” və qrup rəqsi təqdim edilib. Sonra yekun çıxış edən Eskişehir Azərbaycanlılar Dərnəyinin başqanı, Uzm.Ecz. Cavid Aydın ilk öncə jüri üzvlərinə təşəkkür edib və onlara hədiyyə təqdim edib. Sonra yarışmacılara katılım bəlgəsi təqdim edilib”.

Qalibə mükafat təqdim edilir
Qalibə mükafat təqdim edilir

Məlumata görə, birinci yeri tutan Gazi Mustafa Kemal Anadolu Lisesindən Kübra Gönül Dur (ödül 10 min TL), ikinci yeri tutan Yılmaz Çetintaş Anadolu Lisesindən Rabia Duygu Kelleci (ödül 7 min TL) və üçüncü yeri tutan Cemal Mümtaz Sosyal Bilimler Lisesindən Samed Eski (ödül 3000 TL) olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.