Press "Enter" to skip to content

ETN nümayəndə heyəti “Microsoft”-da

ETN nümayəndə heyəti “Microsoft”-da

BAYRAQDAR MEDİA – 28–29 may 2025-ci il tarixlərində Dubay şəhərində yerləşən “Microsoft” İnnovasiya Mərkəzində Elm və Təhsil Nazirliyinin (ETN) nümayəndə heyəti ilə “Microsoft”un regional komandası arasında süni intellekt və təhsil sahəsində əməkdaşlıq imkanlarına dair görüşlər keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “nümayəndə heyətinə elm və təhsil nazirinin müavini Həsən Həsənli rəhbərlik edib. Görüşlər zamanı süni intellekt texnologiyalarının təhsildə tətbiqi, məlumatların idarə olunması və təhsilə uyğunlaşdırılmış böyük dil modellərinin (LLM for Education) inkişafı mövzularında ətraflı fikir mübadiləsi aparılıb”.

Sonra xəbərdə, “tədbir çərçivəsində “Microsoft”un təhsildə transformasiya sahəsindəki yanaşması təqdim edilib, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər müzakirə olunub. Eyni zamanda, süni intellektin idarəetmə və tədris proseslərində praktiki istifadəsinə dair real nümunələr göstərilib. Görüşlərdə təhsilə yönəlik böyük dil modellərinin (LLM) yaradılması üzrə texniki planlama sessiyaları təşkil olunub, etik və məsuliyyətli süni intellekt istifadəsinə dair “Microsoft”un yanaşması təqdim edilib” deyə qeyd edilir.

Görüşlər nəticəsində təhsilin rəqəmsal transformasiyasının sürətləndirilməsi, süni intellektin inteqrasiyası və proseslərin inkişafı baxımından yanaşmalar əlaqələndirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.