Press "Enter" to skip to content

Kərkükdə beynəlxalq konqres keçirilib

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Kərkük şəhərində “19-cu Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Konqresi” keçirilib.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Bildirilib ki, “Türkməneli Əməkdaşlıq və Mədəniyyət Vəqfi nəzdində fəaliyyət göstərən Zirvə Tədqiqat və İnkişaf Mərkəzi tərəfindən təşkil olunan konqresdə Türkiyənin də daxil olduğu 12 ölkədən çox sayda akademik iştirak edib. Türkməneli Əməkdaşlıq və Mədəniyyət Vəqfinin baş müşaviri Mustafa Ziya verdiyi açıqlamada, Kərkükdə bu konqresi keçirməkdən məmnunluq duyduqlarını bildirib”.

Məlumata görə, Kərkükün bu konqresə ev sahibliyi etməsinin ayrıca qürurverici olduğunu deyən Ziya, tədbirə 12 ölkədən 60-dan çox akademikin qatıldığını vurğulayıb: “Konqresin Təşkilat Komitəsinin sədri Ahmet Aytaç bu tədbirin Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Moldova, Türkiyə və Türkmənistandan bir çox universitetin iştirakı ilə təşkil olunmasının əhəmiyyətini qeyd edib. Tədbirə qatılan kərküklü tədqiqatçı və yazar Nəcat Kəvsəroğlu Kərkükün bu cür akademik tədbirlərə ehtiyacı olduğunu bildirib. Onlarla ölkədən akademiklərin bu tədbirə önəm verməsini Kərkükə dəyər qatan bir hadisə olaraq qiymətləndirən Kəvsəroğlu bu tədbiri “Türk dünyasının akademik görüşü” adlandırıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.