Press "Enter" to skip to content

Mədəniyyət nazirinin Siyəzəndə qəbulu

Mədəniyyət nazirinin Siyəzəndə qəbulu

BAYRADAR MEDİA – Prezident İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş qəbulları keçirilir, sakinlərin müraciət və təklifləri dinlənilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “mədəniyyət naziri Adil Kərimli mayın 30-da Siyəzən şəhərində vətəndaşları qəbul edib. Qəbuldan öncə A.Kərimli və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Ümummilli lider Heydər Əliyevin Siyəzən şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi və Siyəzən rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar”.

Sonra xəbərdə, “vətəndaşların müraciətləri, əsasən, iş yerinin dəyişdirilməsi, əməyin qiymətləndirilməsi, məşğulluq, müəssisələrin maddi-texniki təchizatının yaxşılaşdırılması, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub. Nazir vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib” deyə bildirilir.

Qəbulda şəhid ailələri və qazilərin də qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.