Press "Enter" to skip to content

Nazir Eskişehirə gəlir

Abdulkadir Uraloğlu

BAYRAQDAR MEDİA – Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu mayın 30-da Eskişehirdə müxtəlif proqramlarda iştirak edəcək.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Bildirilib ki, “nazirin Eskişehirdə aparılan layihələrlə bağlı araşdırmalar edəcəyi, bəzi infrastruktur və nəqliyyat sərmayələri barədə dəyərləndirmələr verəcəyi gözlənilir”.

Məlumata görə, ziyarətlə əlaqədar olaraq həmin gün keçirilməsi planlaşdırılan Sabiha-Fahrettin Demir Uşaq Bağçasının açılış mərasimi təxirə salınıb. Yeni açılış tarixi yaxın günlərdə açıqlanacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.