Press "Enter" to skip to content

Səhiyyə Nazirliyinin mobil Klinikaları Suqovuşanda

Səhiyyə Nazirliyinin mobil Klinikaları Suqovuşanda

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin (SN) mobil klinikaları tərəfindən mayın 30-da Ağdərə rayonunun Suqovuşan kəndində yerli əhaliyə tibbi xidmətlər göstərilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun müasir tibbi avadanlıqları ilə təchiz olunan səyyar klinikaları vasitəsilə Suqovuşan kəndi ilə yanaşı, Ağdərə rayonunun digər yaşayış məntəqələrinin sakinləri üçün ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı müayinələr aparılıb. Səyyar kilinikalarda ETAXI-nin pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, radioloq, rentgenoloq və laboratoriya həkimləri tərəfindən müxtəlif instrumental-diaqnostik üsullardan istifadə edərək, döş qəfəsi orqanlarının flüoroqrafiyası, Elektrokardioqrafiya, Exokardioqrafiya, spirometriya, USM müayinəsi və qan analizlərinin öyrənilməsi həyata keçirilib”.

Sonra xəbərdə deyilir ki, “müxtəlif diaqnostik prosedurlardan başlayaraq, ilkin tibbi yardım göstərməyə qədər istifadə edilən mobil klinikalar modul avadanlıq konsepsiyası sayəsində ucqar ərazilərdə yaşayan əhaliyə tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını təmin etmək məqsədilə yaradılıb. Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub. Aksiya zamanı 250-ə yaxın Suqovuşan kəndinin və Ağdərə rayonunun digər yaşayış məntəqələrini sakinləri müayinələrdən keçiblər”.

Qeyd edək ki, aksiya SN “Böyük Qayıdış” proqramı çərçivəsində müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədilə işğaldan azad olunan ərazilərdə silsilə tədbirləri çərçivəsində keçirilib.

Nazirlik tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.