Press "Enter" to skip to content

Türkiyədə “Azərbaycan dilinin tədrisi ocağı”nın açılışı olub

Türkiyədə “Azərbaycan dilinin tədrisi ocağı”nın açılışı olub

BAYRAQDAR MEDİA – Mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Ankara şəhərində səfərdədir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “səfər çərçivəsində nümayəndə heyəti mayın 30-da Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə tanış olub. AMM-in direktoru Samir Abbasov mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib. Sonra nümayəndə heyəti AMM-in layihəsi ilə Türkiyənin Qazi Universitetində yaradılan “Azərbaycan dilinin tədrisi ocağı”nın və Azərbaycan dili kurslarının açılışında iştirak edib”.

Ardınca xəbərdə, “əvvəlcə universitetin rektoru Prof. Uğur Ünal ilə nümayəndə heyətinin görüşü olub. Söhbət zamanı universitetində yaradılan “Azərbaycan dilinin tədrisi ocağı”nın əhəmiyyəti vurğulanıb. Nazir müavini yaradılan şəraitə və dəstəyə görə rektora təşəkkür edib. Daha sonra Azərbaycan dili kursunun açılışı olub. Rektor iki ölkə arasında qardaşlıq münasibətlərinin bütün sahələrdə əlaqələrin inkişafında özünü göstərdiyini deyib” deyə bildirilir.

Öz növbəsində S.Yusifova tədris ocağının iki qardaş ölkə arasında mədəni əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyini bildirib.

Sonda Azərbaycan dili kursu dinləyicilərinin çıxışları dinlənilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.