BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələri, eləcə də Agentliyin 1 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrinin benefisiarlarının iştirakı ilə rəsm pleneri təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, ““İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilən sərgi 28 May – Müstəqillik Gününə həsr olunub. Tədbir çərçivəsində İçərişəhərin simvollarından olan Qız qalasının ətrafında sərgi və satış yarmarkası təşkil olunub. Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin 10 gənc yetirməsinin əl işlərindən ibarət 6 müxtəlif istiqamət (toxuculuq, dərzilik, vitraj boyama, rəssamlıq, toxunma suvenirlər və muncuqla hazırlanmış bəzək əşyaları) üzrə 300-ə yaxın sənət nümunəsi nümayiş etdirilib. Sərginin məqsədi əlilliyi olan gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların peşə bacarıqlarının geniş ictimaiyyətə təqdim olunması, eyni zamanda, milli sənətkarlıq ənənələrinin qorunub saxlanılması və təşviq edilməsidir”.
Qeyd edək ki, bu kimi tədbirlər həmçinin bu kateqoriyadan olan gənclərin məşğulluq imkanlarının dəstəklənməsi, cəmiyyətin bu sahəyə olan marağının gücləndirilməsini hədəfləyir.
İlk şərhi yaza bilərsiniz