Press "Enter" to skip to content

“AzerGold”dan maraqlı addım

Xatirə fotosu

QSC-nin əməkdaşlarının övladları üçün qızıl mədəninə ekskursiya təşkil edilib

BAYRAQDAR MEDİA – “AzerGold” QSC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şirkət əməkdaşlarının övladları üçün xüsusi tədbir təşkil edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya QSC-dən məlumat verilib.

Bildirilib ki, “tədbir çərçivəsində uşaqlar Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) ekskursiya ediblər. Ekskursiyanın əsas məqsədi uşaqları Azərbaycanın dağ-mədən sənayesi, faydalı qazıntıların hasilatı və emalı prosesi, o cümlədən valideynlərinin çalışdığı iş mühiti ilə tanış etmək, həmçinin onların ətraf mühitə və peşə müxtəlifliyinə dair dünyagörüşünü genişləndirmək olub”.

Məlumata görə, tədbir zamanı uşaqlara təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib. Kiçik qonaqlar istehsalat sahələrini gəzib, laboratoriya avadanlıqları və mədən texnologiyaları ilə yaxından tanış olublar.

Sonda azyaşlı ziyarətçilərə Cəmiyyətin adından xatirə hədiyyələri təqdim olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.