Press "Enter" to skip to content

İranın faşist siyasəti

İranın faşist siyasəti

BAYRAQDAR MEDİA – İranda fars faşizmi “Nitq sənəti dərsləri” adı altında türk dilini və türk balalarının danışığını məhv etməyə çalışmaqla Güney Azərbaycanda dil soyqırımı yaratmağa çalışır.

Xəbəri “Azad İran” Telegram kanalı Aərbaycan Öyrənci Hərəkatına istinadən yayımlayıb.

Xəbərə əsasən, ““Nitq sənəti dərsləri”ndən birinin videosunun sosial şəbəkələrdə paylaşılması Güney Azərbaycan mediasında geniş əks-səda doğurub. Bu videoda müəllim azyaşlılara fars dilini ana dili kimi necə danışmalı olduqlarını öyrədir və onlara fars şivəsi ilə danışmağı tapşırır”.

Bildirilib ki, “bu məsələ Güney Azərbaycanda yaşayan türklərin illərdir üzləşdiyi dərin və sistematik bir problemə – dil və kimlik üzərindən aparılan assimilyasiya siyasətinə işarə edir. İranda dövlətin rəsmi dili fars dili olsa da, ölkə əhalisinin böyük bir hissəsini təşkil edən etnik xalqlar, xüsusilə Azərbaycan türkləri öz ana dillərində təhsil almaq və danışmaq hüququndan məhrum edilirlər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.