BAYRAQDAR MEDİA – 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İctimai Televiziya və Radio Yayımları Şirkətində bayram tədbiri keçirilib.
Xəbər BAYRAQDAR MEDİA-ya İctimai TV-dən verilib.
Bildirilir ki, İctimai TV-nin həyətində keçirilən tədbirdə əməkdaşların 4-14 yaş arası övladları iştirak ediblər. Rəngarəng oyunlar, maraqlı səhnəciklər, şən musiqilər və sürprizlərlə zəngin proqram uşaqların sevincinə səbəb olub. Tədbirdə balacalara xüsusi hədiyyələr təqdim olunub, müxtəlif əyləncə guşələri qurulub və animatorların iştirakı ilə interaktiv fəaliyyətlər təşkil edilib.
O da qeyd edilir ki, 4-8 yaş arası uşaqlar tədbirə ata-anaların müşayiəti ilə qatılıb, bu isə ailələr üçün də əsl bayram ovqatı yaradıb.
Tədbirdə bir daha vurğulanıb ki, “uşaqlar bizim gələcəyimizdir və onların rifahı üçün atılan hər bir addım cəmiyyətin sabahı naminə edilən ən dəyərli sərmayədir”.
İlk şərhi yaza bilərsiniz