BAYRAQDAR MEDİA – Kliniki Tibbi Mərkəzdə (KTM) yeni fəaliyyətə başlayan və icbari tibbi sığorta ilə həyata keçirilən oftalmoloji əməliyyatların sayı artıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTM-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “belə ki, uzman oftalmoloq Gülnar Sultanova tərəfindən 2025-ci ilin may ayı ərzində 110 katarakta (mirvari suyu) əməliyyatı, 5 gözyaşı kanalı tutulması səbəbilə aparılan KDSR (kanalizasiyalı dakriosistorinostomiya) cərrahi əməliyyat icra olunub. Bundan əlavə 100-dən çox “Avastin” preparatının göz daxili inyeksiyası həyata keçirilib”.
Ardınca xəbərdə, “katarakta əməliyyatları zamanı xəstələrə yüksək keyfiyyətli “Alcon” (ABŞ istehsalı) linzaları yerləşdirilib. Qeyd edək ki, KTM-də oftalmoloji müayinə və sözügedən mikrocərrahi əməliyyatlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır”.
İlk şərhi yaza bilərsiniz