BAYRAQDAR MEDİA – May ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 13 377 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, “statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 8 901 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 2 297 müraciət daxil olub. BŞTİ-yə 1 720 sənəd (vətəndaşlar tərəfindən 454 ərizə, Elm və Təhsil Nazirliyindən 363, digər qurumlardan 214, tabelikdə olan təhsil müəssisələrindən 494 məktub və 195 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 459 elektron müraciətə baxılıb”.
Məlumata görə, daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.
İlk şərhi yaza bilərsiniz