Press "Enter" to skip to content

Qardaş ölkələr arasında əlaqələr genişlənir

Heydər Əliyev Beynəlxalq Hava Limanı

Atıraudan Bakıya ilk reysinin qarşılanması ilə bağlı təntənəli mərasim keçirilib

BAYRAQDAR MEDİA – Mayın 31-də Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanında Qazaxıstanın “Air Astana” milli aviaşirkətinin Atıraudan Bakıya ilk reysinin qarşılanması ilə bağlı təntənəli mərasim keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Qazaxıstanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, “ilk sərnişinləri Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel, “Air Astana” milli aviadaşıyıcısının nümayəndələri və Bakı hava limanının rəhbərliyi qarşılayıblar. Atıraudan gələn sərnişinlər dombra sədaları və qazax mətbəxinin təamları ilə qarşılanıblar. Jurnalistlərə açıqlamasında səfir A. Bayel ölkələr arasında əlaqələrin intensivliyinin göstəricilərindən biri onların arasındakı reyslərin sayı olduğuna diqqət yetirib. “Bu baxımdan, ölkələrimiz arasında reyslərin sayının artması və uçuş coğrafiyasının genişlənməsi bizi sevindirir. Bu yay Qazaxıstanla Azərbaycan arasında reyslərin sayı həftədə 34-ə çatacaq. Bununla yanaşı, icazə verilən reyslərin sayını 70-ə qədər artırırıq. Yəni artım davam edəcək. Hazırda Bakıdan Astana, Almatı və Aktau şəhərlərinə uçuşlar həyata keçirilir. Bu gündən etibarən neft paytaxtımız Atırau da əlavə olunub. İyul ayında isə Qazaxıstanın üçüncü meqapolisi Şımkent də əlavə olunacaq.” – deyə diplomat bildirib”.

Məlumata görə, Atırau–Bakı reysləri həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Uçuşun müddəti 1 saat 30 dəqiqədir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.