BAYRAQDAR MEDİA – Rize Sürücülər və Avtomobilçilər Palatasının sədri Turan Akbulut Rizeyə məxsus yeni nömrə seriyalarının istifadəyə verildiyini açıqlayıb.
Bu barədə gazeterize.com saytı məlumat yayıb.
Məlumata görə, o bildirib ki, Rizelilərin Çaykur Rizespor sevgisini ifadə edən CRS seriyası böyük maraq doğurub: “LAZ, MTE, KPZ, BRK, YSN, HUT, EMR, KDR və MST kimi digər seriyalar isə şəhərdə məşhur olan ad və soyadların qısaltmalarını əks etdirərək vətəndaşlara fərdiləşdirilmiş seçim imkanı yaradır.
Məlumata əsasəm, Turan Akbulut bu işdə dəstək verən hər kəsə, o cümlədən İl Polis rəisinə, Yol Polis Şöbəsinin müdirinə və bütün əməkdaşlara təşəkkür edib.





