Press "Enter" to skip to content

Türkiyəli professordan dəyərləndirmə

Abdullah Gündoğdu

Abdullah Gündoğdu: Şah İsmayıl Xətai türk dünyasında qurucu liderlərdən biri kimi tarixə düşüb

BAYRAQDAR MEDİA – “Şah İsmayıl Xətai türk dövlət qurucularının xarakterini daşıyan şəxsiyyətlərdən biridir. Şah İsmayıl türk tarixində “mərkəz” və “çevrə” anlayışlarını simvolizə edən, bu zaman çevrənin tələblərini mərkəzə çatdırılmasını təmin etmək məqsədilə pasionerlik ruhunu təmsil edən liderlərdən biri olub”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Ankara Universitetinin Abdullah Gündoğdu deyib.

Onun sözlərinə görə türk dünyasında dövlət qurucuları əslində məhz bu ruhla hərəkət ediblər: “Bu səbəbdən Şah İsmail Xətai, türk dünyasının digər qurucu liderlərindən ayrı nəzərdən keçirilməməlidir. Yəni Şah İsmayıl Xətai türk dünyasında qurucu liderlərdən biri kimi tarixə düşüb”.

Şah İsmayıl həm də türklərin, xüsusən də Azərbaycanda və Türkiyədə digər xalqlar tərəfindən hüquqları əlindən alınmış Türkmənlər və Oğuzların haqqını müdafiə edən bir lider olmuşdur. O, eyni zamanda bu məsələdə “dil birliyini” vurğulamış və türk dilinin qorunmasına önəm verdiyini bildirmişdir”.

Abdullah Gündoğdu deyib ki, Şah İsmayıl Xətai dövründə, dini ibadət və digər ayinlər türk dilində həyata keçirilmişdir: “Bu yanaşma sayəsində, türk xalqları kosmopolit imperiyalar içərisində öz milli kimliklərini qoruyaraq bu günə qədər mövcud olmağı bacarmışlar. Bu, millətin mənəvi həyatı və kimliyinin qorunmasının bir formasıdır və Şah İsmayıl Xətai bu məsələdə öncülük edən liderlərdən biridir. Əgər bu gün dünyada müstəqil türk cümhuriyyətləri mövcuddursa, bu, həm də Şah İsmayıl Xətai kimi öncül liderlərin fəaliyyəti sayəsində mümkün olmuşdur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.