BAYRAQDAR MEDİA – Azərbaycanda 2030-cu ilin sonunadək ümumi gücü 2700 MVt olan külək – günəş elektrik stansiyalarının ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində ildə 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
Energetika Nazirliyindən verilən məlumata görə, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Bakı Enerji Forumunda “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” mövzusunda plenar sessiyada çıxışında nazir bu həcmlərin nəqli üçün Cənub Qaz Dəhlizi də daxil olmaqla, bölgədəki nəql infrastrukturlarının ötürücülük gücünün artırılmasının və zəruri zəmanətlərin təmin olunmasının vacibliyini vurğulayıb.
İlk şərhi yaza bilərsiniz