Press "Enter" to skip to content

2,5 ton tullantı batareya təkrar emala cəlb olunub

5 ay ərzində təxminən 170 min ədəd tullantı batareya təbiətdən toplanaraq təkrar emala verilib

BAYRAQDAR MEDİA – Bilecikdə “Tullantı Batareya Toplama Yarışı” çərçivəsində 5 ay ərzində 2.543,10 kiloqram (təxminən 170 min ədəd) tullantı batareya təbiətdən toplanaraq təkrar emala verilib. Proses ətraf mühit şüurunu artırmaq və şagirdlərdə fərqindəlik yaratmaq məqsədilə təşkil edilib.

Bu barədə bilecikhaber.com.tr saytı məlumat yayıb.

Bildirilib ki, “yarış 27 dekabr 2024-cü ildə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi İl Müdirliyi tərəfindən başlayıb və Bilecik İl Milli Təhsil Müdirliyi ilə əməkdaşlıqla şəhər üzrə məktəblər arasında keçirilib. Yarışa ümumilikdə 23 məktəb qatılıb. Məktəblərdən toplanan batareya miqdarı şagird sayına nisbətlə qiymətləndirilib”.

Məlumata əsasən, mükafatlandırma mərasimində Bilecik valisi Şefik Aygöl qalib məktəblərə mükafatlarını təqdim edib: “Birinci yerə 1 ədəd tennis masası və ləvazimatları + noutbuk, ikinci yerə 1 ədəd masaüstü LED kompüter və printer, üçüncü yerə isə 1 ədəd proyeksiya cihazı və avadanlıqları hədiyyə edilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.