BAYRAQDAR MEDİA – Aqrar Tədqiqatlar Mərkəzi (ATM) Yay Təcrübə Proqramı təşkil edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, ““Aqrar elmə doğru ilk addım” adlı Proqramda yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin sonuncu kurs bakalavr və ya magistr pilləsinin iqtisadiyyat və maliyyə ixtisası istiqamətləri üzrə təhsil alan tələbələri və ya yeni məzun olmuş şəxslərin iştirakı nəzərdə tutulur. Təcrübə Proqramının məqsədi gənclərin aqrar sahə ilə bağlı biliklərinin artırılması, ölkədə kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərlə tanışlıq, Mərkəzdə aparılan tədqiqat işlərində iştiraklarının təmin edilməsidir. Bu isə sonda iştirakçılara bilik və bacarıqlarının artırılması ilə yanaşı, tədqiqat və araşdırma sahəsində təcrübə qazanmalarına, gələcəkdə bir araşdırmaçı, tədqiqatçı alim kimi yetişmələrinə dəstək verəcək, karyera imkanları qazandıracaq”.
Sonra xəbərdə, “1-ci Yay Təcrübə Proqramı 2025-ci il iyunun 23-dən avqustun 22-dək davam edəcək. İki aylıq Proqramda Azərbaycan vətəndaşı, yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin sonuncu kurs bakalavr və ya magistr pilləsinin iqtisadiyyat və maliyyə ixtisası istiqamətləri üzrə təhsil alan tələbələri, yaxud yeni məzun olmuş Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (GPA) yüksək, təşəbbüskar və öyrənməyə açıq gənclər iştirak edə bilər” deyə bildirilir.
Qeyd edək ki, Proqrama son müraciət tarixi iyunun 15-dir.
İlk şərhi yaza bilərsiniz